Əlcəzair millisinin sabiq futbolçusu Sofyan Fequli özünə yeni komanda tapıb. SİA xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İraqın “Amanat Bağdad” klubuna keçib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb. Təcrübəli oyunçu bir ildir klubsuz idi.
Qeyd edək ki, Sofyan Fequli “Valensiya” (İspaniya), “Vest Hem” (İngiltərə) və “Qalatasaray” (Türkiyə) kimi tanınmış komandalarda çıxış edib. O, Əlcəzair yığmasının heyətində 82 oyunda 19 qolla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə