Azərbaycanın futzal üzrə Yüksək və I Liqalarında yay "transfer pəncərəsi”nin vaxtı müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İştirakçı komandalar transfer etdikləri oyunçuları avqustun 6-dan oktyabrın 6-sı, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, Yüksək Liqanın startı sentyabrın 18-nə nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə