"Karvan-Yevlax" müdafiəçisi ilə müqavilə müddətini uzadıb

"Karvan-Yevlax" klubu müdafiəçisi Əli Abdullayevlə müqavilə müddətini uzadıb. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

Futbolçu ilə 1 illik yeni anlaşma imzalanıb.

Qeyd edək ki, Ə.Abdullayev ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə