"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"

"Qarabağ" güclü rəqibdir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:

"Öz gücümüzə inanırıq. Ümid edirik ki, Çempionlar Liqasında yolumuza davam edəcəyik. "Qarabağ" güclü rəqibdir. Amma bizim də yüksək keyfiyyətə malik futbolçularımız var. Növbəti raunda vəsiqə qazanmağa çalışacağıq. Bunun üçün şansımız var. Bu oyuna maksimum köklənməli və aqressiv olmalıyıq. Hər fürsətdən istifadə etməliyik. İlk matç hər şeyi həll etməyəcək. Lakin Bakıdakı cavab qarşılaşması öncəsi sərfəli nəticə əldə etmək istəyirik".

Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə