"Qəbələ" klubu yeni transferini açıqlayıb

"Qəbələ" klubu yeni transferini açıqlayıb. SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Qırmızı-qaralar" 27 yaşlı mərkəz müdafiəçisi Edu Kunde ilə anlaşıb.

Qeyd edək ki, braziliyalı oyunçu son olaraq İndoneziyada "Persis" komandasının formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə