Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib

"Araz-Naxçıvan" və "Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib. SİA-nın məlumatına görə, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.

Bakı təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq. Naxçıvan kollektivi isə III təsnifat mərhələsində Bolqarıstanın "Omoniya" (Kipr) klubunu sıradan çıxarsa, Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri 28-də olacaq. "Sabah" ilk oyunu evdə, "Araz-Naxçıvan" isə səfərdə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə