“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib. SİA xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Son Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandası "Şkendiya"nı məğlub edəcəyi təqdirdə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-də və 26-27-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 21-də və 28-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə