"Los Anceles Leykers”in 26 yaşlı sloveniyalı ulduz basketbolçusu Luka Donçiç müqaviləsini üç il müddətinə uzadıb. SİA xəbər verir ki, yeni müqavilə 165 milyon dollarlıqdır. Bu barədə ESPN-in insayderi Şəms Çaraniya öz “X” səhifəsində məlumat verib. Mövcud məlumata görə, Donçiçin Kaliforniya klubu ilə müqaviləsində 2028-ci ildə oyunçu seçimini nəzərdə tutan bənd var ki, bu da o deməkdir ki, Luka növbəti mövsümdən azad agent olmayacaq və karyerasını “Lakers”də davam etdirəcək. Onu da qeyd etmək lazımdır ki, onun müqaviləsi 2028-ci ildə başa çatdıqda sloveniyalı yeni beş illik müqavilə üçün müraciət edə bilər ki, onun dəyəri 417 milyon dollar olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə