Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunun formasını geyinib.
"Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə