Cüdoçu Hidayət Heydərov dünya çempionatında ilk görüşdə məğlub olub - YENİLƏNİB
Azərbaycanın tanınmış cüdoçusu, olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında çıxışını erkən başa vurub. SİA xəbər verir ki, 27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzaraq mübarizədən kənar qalıb.
Qeyd edək ki, bu gün dünya çempionatında Azərbaycanı daha iki cüdoçu – Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə