Premyer Liqada ilin ən yaxşısı o seçildi: 21-ci əsrdə belə nəticə olmamışdı
Məhəmməd Salah jurnalistlər tərəfindən İngiltərədə ilin oyunçusu seçilib. SİA xəbər verir ki, “Liverpul”un cinah oyunçusu Futbol Jurnalistləri Assosiasiyasının İngiltərə futbolunda ilin futbolçusu mükafatını qazanıb. Səsvermədə təşkilatın 900-dən çox üzvü iştirak edib və misirli 90% səs toplayıb – 21-ci əsrdə ən yaxşı nəticə.
Salah üçüncü dəfə bu mükafatı qazanmaqla Tyerri Anrinin rekordunu təkrarlayıb. O, bundan əvvəl 2018 və 2022-ci illərdə də buna nail olub.
Səsvermənin nəticələrinə görə ilk “dördlük” belədir:
Məhəmməd Salah (Liverpul);
Vircil van Deyk (“Liverpul”);
Aleksandr İsak (Nyukasl);
Deklan Rays (Arsenal).
Bütün xəbərlər Facebook səhifəmizdə