Azərbaycanın 4 şahmatçısı dünya çempionatına qələbə ilə başlayıb

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatında 1-ci turun partiyaları oynanılıb. Şahmat Federasiyasından SİA-ya bildiriblər ki, Azərbaycan şahmatçılarından Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turda qələbə qazanıb. Lalə Hüseynova 1-ci turda məğlub olub.

Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə