“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub

“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb.

O, Misli Premyer Liqasının XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb.

2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.

Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.

Bütün xəbərlər Facebook səhifəmizdə