İspaniya La Liqası: “Sevilya”nı böyük hesabla məğlub edən “Barselona” liderlə xal fərqini azaldıb

İspaniya La Liqasında XXIII turun daha 4 oyunu keçirilib. SİA xəbər verir ki, turun mərkəzi görüşündə “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Qarşılaşma Kataloniya təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 4:1.

Matçda hesab erkən qolla açılıb. Qonaqların hücumçusu Robert Levandovski 7-ci dəqiqədə rəqib qapısına yol tapıb. Amma “Barselona” futbolçularının qol sevinci cəmi 1 dəqiqə çəkib. Buraxılan qoldan dərhal sonra “Sevilya”nın yeni transferi Ruben Varqas tarazlığı bərpa edib. İlk hissə bu hesabla bitib.

Kataloniyalılar ikinci yarıya da qolla başlayıblar. Fermin Lopes 46-cı dəqiqədə komandasını yenidən hesabda önə çıxarıb. Doqquz dəqiqə sonra Rafinya 3-cü qolu meydan sahiblərinin qapısından keçirib. 63-cü dəqiqədə Lopes birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Oyunda son nöqtəni isə Erik Qarsiya qoyub. 89-ci dəqiqədə fərqlənən futbolçu qonaqların böyükhesablı qələbəsini rəsmiləşdirib.

Bu qələbədən sonra xallarını 48-ə çatdıran və 3-cü pillədə qərarlaşan “Barselona” ilə lider “Real Madrid”lə xal fərqini 2-yə endirib. Turnir cədvəlinin 2-ci pilləsində 49 xalı olan “Atletiko” yer alıb. “Sevilya” isə 28 xalla 13-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə