Azərbaycan Basketbol Liqasında XIII turun daha iki görüşü baş tutacaq

Azərbaycan Basketbol Liqasında XIII turun daha iki görüşü baş tutacaq

Bu gün Azərbaycan Basketbol Liqasında XIII turun daha iki görüşü baş tutacaq.

SİA xəbər verir ki, A qrupunun oyununda NTD "Neftçi" ilə qarşılaşacaq.

Bakı İdman Sarayındakı qarşılaşma saat 12:30-da başlayacaq.

B qrupunda isə "Şəki" "Sumqayıt"la üz-üzə gələcək. Şəki Olimpiya İdman Kompleksindəki matç 14:00-da start götürəcək.

"Neftçi" 12 turdan sonra 17 xalla A qrupunda beşincidir. NTD 15 xalla sonuncu - altıncıdır. "Şəki" 22 xalla B qrupunun birincisi, 16 xala malik "Sumqayıt" dördüncüdür.

Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" isə "Sabah"ı 67:59 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə