Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, “Landmark” otelin baş tutan tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmdov, şahmatçılar, idman ictimaiyyəti və mətbuat nümayəndələri iştirak edib.
Mərasimdə öncə Dövlət Himni səsləndirib, daha sonra Azərbaycan torpaqları uğurunda canında keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ölkə çempionatına həsr olunmuş video-çarx tamaşaçılara təqdim edilib.
Tədbir zamanı çıxış edən Azərbaycan Federasiyasının prezidenti Mahir Məmmədov hər kəsi salamlayaraq, ölkə çempionatı barədə danışıb: “Bizim bu həmişə arzumuz olub. Müstəqillik illərində Azərbaycan Şahmatında müxtəlif illər olub. Hər zaman maraqlı hadisələrə şahid olmuşuq. Bu sahədə olan tanınmış şahmatçıları bir araya yıömaq bizə ilk dəfə qismət oldu. Çox şadiq ki, bu işə başlamışıq. Azərbaycan çempionatlarının səviyyəsi mütləqdir və müzakirə olunmazıdr. Azərbaycan çempionatlarında iştirak edən şahmatçılar AŞF tərəfindən müxtəlif proqramlar tərəfindən dəstəklənir. Azərbaycanın hüdudlarlnda yaşayan və bizim bayrağlmlz altında birləşən şahmatçıların gəlməsi mühim bir hadisədir. Bu il əlamətdar bir ildir. Vitse-prezidentimiz Faiq Qarayevin 85 illiyidir. Bu il şahmat səlnaməsini yaratmaq istəyindəyil. Ciddi sürətdə arxivləri işləyirik. Şahmatçımız Azad Abbasovunda atasıda bu barədə araşdırmalar aparır. İstəyirik çempionat ədalətli olsun, neqativ hallar baş verməsin, bunları aradan qaldırmaq istəyirik. Həmçinin bu ilki çempionat nakut sistemdə tərtib olunub. İstəyirik ki, şahmatçılar döyüşkən ruhda mübarizə aparsınlar. Nəticəli oyunları əlavə stimullaşdıracayıq. Mükafat fondumuz kritik şəkildə artıb”.
Gənclər və İdman naziri Fərid Qayıbov ötən il əldə olunan tarixi nəticə barədə danışıb: “Avropa çempionatında əldə olunan nəticə böyük idi. İnanıram ki, bu davamlı olacaq. Çünki Azərbaycan Şahmat Federasiyası daim yeniliklər edir və çalışır. Azərbaycan çempionatı olsa da, dünya çempionatında kimlərin olacağına qədər danışdınız. Deməli ölkə çempionatının səviyyəsi qalxıb. Hər kəsə bu yarışda uğurlar arzu edirəm”.
Rəsmi çıxışlardan sonra “Sirab” şirkətinə AŞF-nin prezidenti Mahir Məmmədov xatirə hədiyyəsi təqim edib.
Qeyd edək ki, bu gün start götürəcəj ölkə çempionatı fevralın 2-də başa çatacaq.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə