Kişi həndbolçular arasında Azərbaycan çempionatının X turunda bu gün iki görüş keçirilib. SİA xəbər verir ki, "Dinamo" komandası U-17-ni 44:31 hesabı ilə məğlub edib.
"Bakı" isə “Azəryol” üzərində qələbə qazanıb - 36:30. Hər iki görüş “AHF Arena” İdman Kompleksində təşkil olunub.
Qeyd edək ki, X turun daha bir matçı sabah keçiriləcək. "Kür” Olimpiya İdman-Tədris Mərkəzində “Kür” komandası “Qarabağ”ı qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə