Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı məlum olub. Azərbaycan Taekvondo Federasiyasından SİA-ya verilən məlumata görə, idmançılarımız ümumilikdə yarışlarda (27 qızıl, 25 gümüş və 52-i bürünc) 104 medal qazanıblar.
Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə təmsilçilərimiz 4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc medal olmaqla, ümumilikdə 11 medala sahib çıxıblar.
İlin ən böyük uğurlarından biri Qaşim Maqomedovun (58 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub.
Parataekvondo üzrə İmaməddin Xəlilov (70 kiloqram, K44) və Sabir Zeynalov (58 kiloqram, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıblar.
2024-cü ildə Azərbaycan Taekvondo Federasiyası daha bir yeniliyə imza atıb. Belə ki, federasiyanın təşkilatçılığı ilə kiçikyaşlı taekvondoçular arasında ilk dəfə Azərbaycan birinciliyi təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə