Azərbaycanın Paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançı Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir.
Parataekvondoçuya mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.
Qeyd edək ki, İmaməddin Xəlilov bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə