"Sabah" klubunun sabiq baş məşqçisi, hazırda Rusiya təmsilçisi "Krasnodar"ı çalışdıran Murad Musayev Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib. SİA-nın Premyer Liqanın mətbuat xidmətinə istinadən məlumatına görə, oktyabrın ən yaxşı baş məşqçisi adı uğrunda Murad Musayevlə yanaşı, 4 mütəxəssis - Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratov ("Fakel") mübarizə aparıblar.
Bu mükafata ardıcıl ikinci dəfə layiq görülən M.Musayev oktyabrda "Krasnodar"ın baş məşqçisi kimi Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Onun komandası "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci olan "Zenit"dən 3 xal öndədir.
Bütün xəbərlər Facebook səhifəmizdə