"Azərbaycan Kubokunda iştirak edən bütün komandalar yaxşı mübarizə apardılar".
SİA xəbər verir, bu sözləri qadın voleybolçulardan ibarət “Abşeron” komandasının baş məşqçisi Famil Ağayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunun qalibi olmaları barədə jurnalistlərə açıqlamasında deyib.
O, "Gəncə" ilə final görüşünün (3:0) çətin keçdiyini bildirib: "Rəqib set almasa belə, bizə çətin anlar yaşatdı. Onları da layiqli çıxışa görə təbrik edirəm. Oyunçularımla qürur duyuram. Hiss olunur ki, Azərbaycan voleybolu inkişaf edir. Artıq meydanda olan gənc oyunçularımız da yaxşı mübarizə aparırlar".
Xatırladaq ki, kişilərin mübarizəsində "Xilasedici" komandası Azərbaycan Kubokunun qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə