Premyer Liqada XI tura bir oyunla start veriləcək

Misli Premyer Liqasında XI tura bu gün bir oyunla start veriləcək. SİA-nın məlumatına görə, günün yeganə matçı Tovuz şəhər stadionunda baş tutacaq.

"Turan Tovuz" doğma meydanda "Kəpəz"lə üz-üzə gələcək. Qərb derbisi saat 19:00-da başlayacaq.

Hazırda "Turan Tovuz" 21 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Sonuncu - 10-cu olan "Kəpəz"in 3 xalı var.

Misli Premyer Liqası

II dövrə, XI tur

25 oktyabr

19:00. "Turan Tovuz" - "Kəpəz"

Tovuz şəhər stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə