Kriştianu Ronaldu futbol tarixində növbəti ilki reallaşdıra bilər

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun üzvü Kriştianu Ronaldu futbol tarixində ilki reallaşdıra bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni müqavilə üçün komandası ilə danışıqlara başlayan 39 yaşlı forvard peşəkar karyerasını davam etdirmək və 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq istədiyini bildirib.

Ulduz oyunçu növbəti mundialda çıxış edəcəyi təqdirdə rekorda imza ata bilər. Bununla o, 6 müxtəlif dünya çempionatında iştirak edən ilk futbolçu kimi tarixə düşəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm bütün turnirlərdə 7 matçda meydana çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə