"Gəncə" basketbol klubu yeni transferini reallaşdırıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər Əzimovla 1 illik anlaşma imzalanıb.
195 sm boya malik 20 yaşlı basketbolçu müdafiəçi mövqeyində oynayır. Ötən mövsümü "Sərhədçi"də keçirən oyunçu Azərbaycanın U-20 yığmasına da dəvət alıb.
Azər Əzimov Gəncə təmsilçisində 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "sarı-göylər" daha əvvəl yerli basketbolçulardan Elşad Şirzadov, Maqsud Rüstəmov, Nicat Hüseynov, əcnəbilərdən isə Lavon Holland, Kaan Yıldırımkanlı, Cordan Forbs və Marqus Gilson ilə müqavilə bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB