Lekler Bakıdakı sıralama turunda liderdir, beş pilot mübarizəni dayandırıb

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir. SİA-nın məlumatına görə, birinci sessiyadan sonra beş sürücü mübarizəni dayandırmalı olub.

Bunlar 16-cı sıradakı Daniel Rikkardo (RB), 17-ci Lando Norris ( "McLaren"), 18-ci pillədəki Valtteri Bottas, 19-cu Çjou Quanyu (hər ikisi "Kick Sauber") və sonuncu yerdəki Esteban Okondur ("Alpin").

Həmin pilotlar növbəti sessiyaya qatılmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə