Sumqayıtda bərrabərlik, “Zirə” “Dunayska Ştreda” qarşı - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində ölkəmizi təmsil edən üç komanda – “Sabah”, “Sumqayıt” və “Zirə” mübarizəyə başlayır.

“Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstanın “Fehervar” komandasını qəbul edəcək. “Zirə” “Dalğa Arena”da Slovakiya təmsilçisi “Dunayska Ştreda” ilə qarşılaşacaq. “Sabah” isə Macarıstanda İsrailin “Makkabi” (Hayfa) komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyununda “Sumqayıt” iyulun 31-də, “Sabah” və “Zirə” isə avqustun 1-də meydana çıxacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul

20:00. “Sumqayıt” - “Fehervar” - 1:1 (Birinci hissə)
Qollar: Səbuhi Abdullazadə, 20 // Tobias Kristensen, 39
Qırmızı vərəqə: Murad Xaçayev, 32
Mehdi Hüseynzadə adına şəhər stadionu. Baş hakim: Florian Lata (Albaniya)

“Sumqayıt”: 1. Mehdi Cənətov, 7. Rövlan Muradov, 14. Elvin Bədəlov (k), 17. Murad Xaçayev, 3. Slavişa Radoviç, 19. Roy Kehat, 8. Səbuhi Abdullazadə, 11. Fernando Medeyros, 23. Cordan Rezabala, 9. Nikola Vuynoviç, 10. Rəhim Sadıxov
Baş məşqçi: Samir Abasov

“Fehervar”: 22. Balaş Töth, 7. Szaboç Şön, 4. Csaba Spandler, 31. Nikola Serafimov, 8. Boqdan Melnik, 99. Milan Petö, 27. Bence Bedi, 14. Aron Sonqvai (k), 20. Tobias Kristensen, 77. Katona, 9. Nejc Qradisar
Baş məşqçi: Tomas Petö

20:30. “Zirə” – “Dunayska Ştreda” - 0:0 (Birinci hissə)
“Dalğa Arena”. Baş hakim: İvo Torres (Lüksemburq)

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsizni, 4. Ruan Renato, 18. Junior Martins, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 8. İsmail İbrahimli, 70. İssa Cibrilla, 90. Davit Volkov, 23. Rafael Utziq
Baş məşqçi: Rəşad Sadıqov

“Dunayska Ştreda”: 41. Aleksandar Popoviç, 18. Aleks Mendes, 16. Mateus Brunetti, 33. Taras Kaçaraba, 21. Mark Ksinger, 27. Milan Vitalis, 8. Milan Dimun, 10. Ammar Ramadan, 23. Damir Redziç, 46. Matey Trusa, 17. Yhoan Andzuana (k)
Baş məşqçi: Xisko Munyoz

21:15. “Makkabi” (Hayfa) - “Sabah”
Kişvarda stadionu. Baş hakim: Natan Verbumen (Belçika)

Bütün xəbərlər Facebook səhifəmizdə