"Əsas odur ki, Moldovaya qələbə ilə qayıdırıq..."

“Çətin oyun oldu. Mübarizəyə görə futbolçularıma təşəkkür edirəm”.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Moldovanın “Şerif” komandasının baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında Bakıda “Zirə”yə penaltilər seriyasında (5:4) qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin 10 nəfərlə qalmasının oyunun taleyinə təsir etdiyini bildirib: “Əlbəttə, bu epizoddan sonra matçda dəyişiklik oldu. Bizim də qapımız qarşısında qol vəziyyətləri baş verdi. Əsas odur ki, Moldovaya qələbə ilə qayıdırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə