Azərbaycanın iki idman kompleksi beynəlxalq müsabiqədə fərqlənib - FOTOLAR

Rusiyanın İdman Nazirliyi, Olimpiya Komitəsi və İdman Qurğuları Assosiasiyası tərəfindən təşkil edilən ən yaxşı idman qurğuları müsabiqəsində Azərbaycanın iki idman kompleksi fərqlənib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, “Ən möhtəşəm idman qurğusu” nominasiyasında Milli Gimnastika Arenası ikinci yerə layiq görülüb. Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə Təşkilat Komitəsinin xüsusi seçilən obyekti olub.

Müsabiqədə Rusiya ilə yanaşı, 4 ölkənin - Azərbaycan, Özbəkistan, Belarus və Ermənistanın idman qurğuları da yarışıblar.

Qeyd edək ki, münsiflər heyətində Azərbaycanı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə