Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Azərbaycan Həndbol Federasiyasından SİA-ya verilən məlumata görə, yarımfinalda "Azəryol" komandası "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la üz-üzə gəlib.
"AHF Arena"da keçirilən görüşlərdə "Azəryol" "Dinamo" üzərində 45:28 hesablı qələbə qazanıb. "Bakı" isə "Qarabağ"ı məğlub edib - 34:28.
Beləliklə, finalda "Bakı" və "Azəryol" komandaları qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB