"Neftçi" Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb
“Neftçi” Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXV turunda "Səbail"ə üç cavabsız qolla qalib gəldikləri oyuna təsadüf edib.
“Ağ-qaralar” ilk belə qələbəsini 1992-ci ildə əldə edib. Paytaxt təmsilçisi mayın 31-də “Çıraqqala” ilə səfər qarşılaşmasında 4:0 hesabına sevinib.
Qeyd edək ki, ölkə çempionatları tarixində yalnız “Qarabağ” rəqib meydanında daha çox böyük hesabla qalib gəlib. Ağdamlıların 52 belə qələbəsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB