UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər müəyyənləşib. SİA xəbər verir ki, birincilik uğrunda Vinisius Junior (“Real”, Madrid) və Mats Hummels (“Borussiya”, Dortmund) mübarizə aparır.

Vinisius "Bavariya" (2:2) ilə görüşdə dubl edib. Hummels isə PSJ (1:0) ilə qarşılaşmanı yüksək səviyyədə keçirib.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə