Klub məhkəmədə Ronaldoya məğlub oldu

Kriştiano Ronaldo keçmiş klubu “Yuventus” a qarşı arbitraj məhkəməsində qalib gəlib. SİA xəbər verir ki, “La Gazzetta”nın məlumatına görə, aprelin 17-də Arbitraj Məhkəməsi “byankoneri”nin hücumçuya 9,7 milyon avro + faiz ödəməli olduğuna dair qərar verib.

Ronaldo, COVID-19 pandemiyası zamanı yaranan 19,5 milyon avrodan çox maaş borcu ilə bağlı “Yuventus”la məhkəmədə çəkişirdi.

Bununla belə, arbitraj məhkəməsi portuqaliyalı ulduzun və “Yuventus”un məsuliyyəti bölüşdüyünə qərar verib, buna görə də borcun yalnız yarısı ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə