“Barselona” Rafinyanın qiymətini açıqladı

“Barselona” braziliyalı yarımmüdafiəçisi Rafinya Diazı yalnız 80 milyon avro qarşılığında satmağa hazır olduğunu açıqlayıb. SİA xəbər verir ki, Kataloniya klubu 27 yaşlı braziliyalıdan çox razıdır və futbolçunu almaq istəyənlər qarşısında yuxarı şərtlər irəli sürüb.

Qeyd olunur ki, Rafinyanın qiyməti ilə bağlı qərar futbolçuya Premyer Liqa klublarından gələn 60 milyon avroluq təklifdən sonra verilib.

Xüsusən, “Çelsi” və “Mançester Yunayted” Rafinya üçün “dəridən-qabıqdan” çıxır. Məlumat üçün əlavə edək ki, Rafinya bu mövsüm “Barselona”da 31 oyun keçirib, səkkiz qol vurub,10 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə