Bu gün Çempionlar Liqasında qrup mərhələsinin V turuna start veriləcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilk gündə 4 qrupun oyunları keçiriləcək.
E, F, G və H qruplarında komandalar mübarizə aparacaq. Baş tutacaq görüşlərdən sonra bəzi komandalar 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər.
E qrupunda “Atletiko”, F qrupunda “Borussiya”, H qrupunda isə “Barselona” qələbə qazanacağı təqdirdə hədəfinə çatacaq.
Buna qədər G qrupunda “Mançester Siti” və “Leypsiq” 1/8 finala vəsiqəni təmin edib.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
28 noyabr
E qrupu
21:45. “Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya)
00:00. “Feyenoord” (Niderland) – “Atletiko” (İspaniya)
F qrupu
00:00. “Milan” – “Borussiya” (Dortmund, Almaniya)
00:00. PSJ (Fransa) – “Nyukasl” (İngiltərə)
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Leypsiq” (Almaniya)
00:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Antverpen” (Belçika)
00:00. “Barselona” (İspaniya) – “Porto” (Portuqaliya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB