Federasiya baş məşqçiyə avtomobil hədiyyə edib

Federasiya baş məşqçiyə avtomobil hədiyyə edib

Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulov milli komandanın baş məşqçisi Maqomed Adiyevə avtomobil hədiyyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli mətbuat məlumat yayıb. Çalışdırıcı açıqlamasında deyib: “Mən bunu qismən layiqsiz hesab edirəm. Çünki fikrimcə, həm məşqçi, həm də komanda olaraq azarkeşlər qarşısında istədiyimiz nəticəni əldə edə bilmədik. Mən və həmkarlarım məqsədimizə çatmaq və futbol üzrə Avropa çempionatına çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə