Laporta Messinin atasından vaxt istədi

"Barselona"nın prezidenti Joan Laporta PSJ-dən ayrılan Lionel Messinin atasından hələlik başqa komandadan gələn təklifi qəbul etməməyi xahiş edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbəri Xorxe Messidən ona vaxt verməsini istəyib. Klub əmindir ki, La Liqanın təsdiqindən sonra maliyyə planına uyğun olaraq argentinalı hücumçu ilə müqavilə imzalaya biləcək.

Bildirilib ki, bu gün Laporta və X.Messi müqavilənin bağlanmasını bir neçə saat müzakirə ediblər.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. O, 2 gün əvvəl 2021-ci ilin yayından etibarən çıxış etdiyi PSJ-dən ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə