Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

Bildiyiniz kimi, Xorvatiyada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə millimiz uğurlu çıxış edib. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.

2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız Avropa çempionu olub. Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.

Komandaların təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti Zaqreb Arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dost və qardaşlıq mesajı verib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə