"İstifadəyə verilən idman qurğuları idmanın kütləviliyinə təkan verir" - QURUM RƏSMİSİ DANIŞDI

"Bildiyiniz kimi bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər". Bu sözləri SİA-ya açıqlamasında Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.

Qurum rəsmisi qeyd edib ki, belə komplekslərin istifadəyə verilməsi regionlarımızda idmanın kütləviliyini artırmaq, gənc, peşəkar kadrları hazırlamaq üçün yeni imkanlar yaradır: "Bu gün açılışı olan kompleks ən yüksək dünya standartlarına cavab verir və burada idmanla məşğul olmaq üçün bütün şərait vardır.

Burada idmançılar, eyni zamanda, rayon sakinləri də öz asudə vaxtlarını səmərəli keçirə bilərlər. Valideynlər müxtəlif idman növlərinə ilə marağı olan övladlarını rahat gətirib apara bilərlər, həmçinin, kütləvi idman tədbirləri üçün əlverişli şərait yaradılıb.
Bir sözlə, bu günə kimi istifadəyə verilmiş idman kompleksləri idmanımızın inkişafına böyük xidmət etmişdir, Neftçala Olimpiya İdman Kompleksimizin də idmanın kütləviləşməsində böyük rolu olacaqdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə