“Barselona” “La Liqa”nın 29-cu turunda keçirdiyi oyunda “Xetafe”ni məğlub edə bilməyib.
SİA-nın əldə etdiyi məlumata görə, “mavi qranat”la “Real Madrid” arasındakı fərq hələ də təsir edicidir - 11 xal.
Lakin Kataloniya komandasının azarkeşləri onun çıxışından narahat olmaya bilmirlər. Doğrudan da, ardıcıl üçüncü matçda “Barselona” qol vura bilməyib. Bundan əvvəl “Blauqranalar” “Jirona” ilə heç-heçə oynayıb (0:0) və evdə “Real Madrid”ə uduzaraq (0:4) İspaniya kubokundan biabırçı şəkildə tərk edib.
Xatırladaq ki, “Barselona” sonuncu dəfə 2008-ci ilin aprelində Ronaldinyo və Dekonun erası bitəndə ardıcıl üç oyunda qol vura bilməmişdi.
Belə ki, “Blauqranalar” 1993-cü ilin sentyabrından bəri bir mövsümdə ardıcıl iki qolsuz heç-heçə etməmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB