Belə olmaz! “Real Madrid”də “perestroyka” gözlənilir

“Real Madrid” yenidən qurulur: klub Ançelotti və üç ulduzdan xilas olacaq

"Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bu mövsümün sonunda komandanı tərk edəcək. SİA-nın İspaniya mətbuatından əldə etdiyi məlumata görə, hətta komandanın Çempionlar Liqasındakı ehtimal olunan mümkün qələbəsi belə italiylı mütəxəssisi, Ançelottini deyirəm, xilas etməyəcək.

Verilən məlumatlara görə, “kral” klubunun rəhbərliyi növbəti beş il ərzində yenilənmiş layihə yaratmaqla, başqa bir mentor təyin etmək istəyir.

Beləliklə, Ançelottinin ardınca Kərim Benzema, Luka Modriç və Toni Kroos kimi “Real Madrid”in əfsanələri komandanı tərk edə bilərlər.

Yeri gəlmişkən Ançelottini “Real Madrid” klubu ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi hesablanıb.

Xatırladaq ki,

“Real Madrid” bu mövsüm La Liqada “Barselona”dan 12 xal geri qalaraq ikinci yerdədir.

Çempionlar Liqasında Londonun "Çelsi" komandası ilə qarşılaşacaq Madrid klubu hazırda 1/4 finala yüksəlib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə