MMA döyüşçüsü beyin qanaxmasından ölüb

Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Məhəmmədəli Saidov məşq zamanı aldığı xəsarətdən dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə TASS-a idmançının komandası məlumat verib.

"Məhəmmədəli sparrinq zamanı xəsarət alıb, beyninə qan sızması başlayıb. O, komada idi. Dünən gecə həkimlər heç nə edə bilməyəcəklərini deyib aparatı söndürdülər. Özündən sonra dörd övladı qaldı", - mənbə bildirib.

Saidov Tacikistandandır, 29 yaşı var idi. O, MMA-da iki qələbə qazanıb və heç bir döyüşdə məğlub olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə