Zərdab rayonunda şəhidlərin əziz xatirəsi yad edilib

Yeni Azərbaycan Partiyasi Zərdab rayon təşkilatının kollektivi və partiyanın fəal üzvləri torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad ediblər. Rayon təşkilatının kollektivi və partiyanın fəal üzvləri Zərdab şəhəri ərazisində yerləşən Şəhidlərin xatirə parkına və rayonun Gəlmə kəndi ərazisində yerləşən Səhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman vətən övladlarının məzarları üzərinə qərənfillər düzüblər. Anım mərasimində şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə