Ermənistan itkilərinin yeni siyahısını açıqlayıb

Ermənistan hökuməti oktyabrın 19-da Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, bugünkü siyahıda 19 nəfərin adı yer alıb.

Siyahıda ehtiyatdan çağırılan hərbçilər də var.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 673 nəfərə çatıb.

Qeyd edək ki, düşmən tərəf kifayət qədər çox olan itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...