Sumqayıt Çinə yardım göndərdi FOTO

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

SİA xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Mienyen şəhəri ilə Sian şəhərinə tibbi ləvazimatlar göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Çin Xalq Respubllikasının xalqına yardım etmək məqsədilə Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min ədəd 100 ml-lik spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tablet xloramiks, Sian şəhərinə isə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 ml-lik spirt göndərilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə