“Uşaqların əlvan rəngləri” adlı sərgi-konsert proqramının təqdimat mərasimi keçirilib

“Uşaqların əlvan rəngləri” adlı sərgi-konsert proqramının təqdimat mərasimi keçirilib
Bu gün "Uşaqların əlvan rəngləri" adlı sərgi-konsert proqramının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Bakı Uşaq teatrının direktoru İntiqam Soltan, Azərbaycan Birgə Yardım Təşkilatının direktoru Qvendolin Borçel, Bakcell-in Korporativ Əlaqələr şöbəsinin rəhbəri Pərvanə Məmmədova, diplomatik korpusun təmsilçiləri, dövlət və hökümət nümayəndələri və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Birgə Yardım Təşkilatının direktoru Qvendolin Borçel bildirib ki, Bakcell-in xoş məramı və dəstəyi bir çox uşağın həyatına rəng qatıb və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətin xüsusi bacarıqlı üzvlərinə çevrilməsi üçün böyük imkanlar yaradıb. Direktorun sözlərinə görə, Bakcell əlil olan uşaqlara dəstək olaraq onları sevindirməyə çalışır.
Bakı Uşaq teatırının direktoru İntiqam Soltanın sözlərinə görə, xəstə uşaqlarla yanaşı konsertdə aktyorlarda iştirak edir. "Uşaqlar üçün sevindirici haldır ki, onlar peşəkar aktyorla bir yerdə olurlar. Uşaqlar bizdən fərqli ola bilərlər, amma bu o demək deyil ki, onlar bizlərlə bərabər ola bilməzlər. Bizim əsas məqsədimiz qüsurlu uşaqların sağlam cəhətlərini nümayiş etdirməkdir".

Daha sonra çıxış edən Bakcell-in Korporativ Əlaqələr şöbəsinin rəhbəri Pərvanə Məmmədovanın bildirib ki, Bakcell olaraq biz inanırıq ki, hər bir uşağın arzusu reallaşa bilər və bunun üçün biz onlara lazımı imkanları yaratmalıyıq. P.Məmmədova əlavə edib ki, əlliyi olan uşaqları incəsənət vasitəsi ilə öz arzularını çatdıraraq onlara şərait yaratmaq bizə böyük məmnunluq hissi verir.

Qeyd edək ki, sonda əlil uşaqlar hədiyyə və sertifikatlarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə