“Uşaqların internetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər”

"Multimedia" Mərkəzi "Uşaqların internetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər" mövzusunda dəyirmi masa təşkil edəcək. Bu barədə SİA-ya "Multimedia" Mərkəzinin sədri Osman Gündüz məlumat verib.

O bildirib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai müzakirələr təşkil etmək və cəmiyyətin müxtəlif təbəqələrinin potensialını bu istiqamətdə cəmləşdirilməsinə kömək etməkdir.

Dəyirmi Masada uşaqların zərərli informasiyalardan qorunma yolları və bu sahədə problemlərin aradan qaldırılması istiqamətində uşaqlar, valideynlər və müəllimlər üçün zəruri olan metodiki-informasiya dəstəyi ilə bağlı müzakirələr aparılacaq. Ölkədə uşaqların istifadəsi üçün nəzərdə tutulan "Təhlükəsiz internet" xidməti haqqında və uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik məqsədilə yaradılan www.netsafe.az internet resursu haqqında məlumat veriləcək. Dəyirmi Masada müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Son illərdə ölkədə genişzolaqlı İnternet istifadəçilərin və evlərdə internet istifadəçilərin sayının kifayət qədər artması uşaqların təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasını zəruri edir. Odur ki, Multimedia Mərkəzi bu problemin hazırda actual əhəmiyyət kəsb etməsini nəzərə alaraq bu istiqamətdə "Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi" Layihəsini həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə