Cənubi Qafqaz münaqişələr, məcburi köçkünlük və dərin humanitar iztirablarla üzləşib. Azərbaycan isə xüsusilə 1980-ci illərin sonlarından etibarən deportasiya, məcburi köçkünlük və itkin düşmüş şəxslərin faciəsi ilə qarşılaşıb.
SİA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çıxışı zamanı deyib.
M.Çavuşoğlu bildirib ki, 1990-cı illərin əvvəllərindən etibarən itkin düşmüş təxminən 4 min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır. Onların arasında qadınlar, yaşlı insanlar və uşaqlar da daxil olmaqla mülki şəxslər var: “Bu gün Cənubi Qafqazda davamlı sülh perspektivi Prezident İlham Əliyevin rəhbərliyi sayəsində əvvəlkindən daha realdır. Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi layihəsində itkin düşmüş şəxslərlə bağlı müddəanın yer alması mühüm göstəricidir. Bu, məsələnin daha geniş sülh prosesinin bir hissəsi kimi tanındığını göstərir. Bu açıq yaranın sülh quruculuğu və barışıq prosesinin ayrılmaz hissəsi kimi müalicə edilməsi, şübhəsiz ki, xalqlar arasında qarşılıqlı etimadı gücləndirəcək və davamlı sülh üçün möhkəm sosial zəmin yaradacaq. Bakı Dialoqunun əhəmiyyəti də məhz bundadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB