Bu gün Sabunçunun bir hissəsi qazsız qalacaq- XƏBƏRDARLIQ

Bu gün Sabunçunun bir hissəsi qazsız qalacaq- XƏBƏRDARLIQ

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərində qaz olmayacaq. SİA xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxanov qəsəbəsinin M.Əmirov, R.Qəmbərov, R.Axundov, S.Qocayev, K.Kamilov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə