Naxçıvanda şəhid övladlarının yay düşərgəsi başlayıb

Naxçıvanda şəhid övladlarının yay düşərgəsi başlayıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində ikigünlük yay düşərgəsinə start verilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, iyulun 28-də Naxçıvanda yaşayan şəhid övladları və şəhid xanımları Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay düşərgəsinə yola düşməzdən əvvəl Zəfər parkını ziyarət ediblər.

Layihə çərçivəsində düşərgə iştirakçıları üçün intellektual, maarifləndirici, idman və əyləncə proqramlarının təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə