Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirləri davam etdirir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, cari ildə agentliyin dəstəyi ilə 2100 əlilliyi olan şəxs münasib işlə təmin olunub.

Həmçinin onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil edilib.

Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb olunub və təlimləri uğurla başa vuranların işlə təmin edilməsinə köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə